Trampın xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner bu gün sülh planını müzakirə etmək üçün Moskvaya səfər edəcəklər.
Modern.az xəbər verir ki, bu barədə “Frans-press” agentliyinin məlumatında bildirilib.
Məlumata görə, Uitkoffun çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Trampın xüsusi elçisi Den Driskolun da bu həftə Kiyevdə olacağı gözlənilir.