Modern.az

Əli Kərimlini hansı cəza gözləyir?

Əli Kərimlini hansı cəza gözləyir?

Aktual

1 Dekabr 2025, 11:46

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Modern.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin sözügedən maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur.

Maddə sübuta yetirilərsə, ittiham olunan şəxsi on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Əli Kərimli barəsində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər. Evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və müavini Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu