Modern.az

6 min hektardan çox ərazi minalardan təmizlənib

6 min hektardan çox ərazi minalardan təmizlənib

Aktual

1 Dekabr 2025, 11:42

Azad olunan ərazilərdə noyabr ayında 208 tank əleyhinə mina, 575 piyada əleyhinə mina, 6510 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Məlumata əsasən, 6432,9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu