Azərbaycan Mərkəzi Bankı (AMB) "Atəşgah Sığorta" ASC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, vəzifəli şəxslər "Sığorta fəaliyyəti haqqında" qanunun 78-ci maddəsinin tələblərini pozublar. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, onlar 300 manat cərimə ediliblər.