BioGarden aqro-ekoparkının sahibi Etibar Nuriyev parkın layihəsini şəxsən özü hazırlayıb və idarəetmə modeli ilə regionda ilk nümunələrdən biridir.
Modern.az-a danışan Etibar Nuriyev bildirib ki, 8 hektarlıq ərazi cəmi 8 nəfərlik komanda tərəfindən idarə olunur.
Etibar Nuriyev qeyd edib ki, BioGarden-in Avropada belə analoqu yoxdur və parkı fərqləndirən əsas amillərdən biri maksimum məhsul çeşidliliyidir:
“Bizim əsas üstünlüyümüz müxtəlif kənd təsərrüfatı məhsullarının bir məkanda yetişdirilməsi və turistlərə təqdim edilməsidir.”
Aqro sahənin daha bir özəlliyi məktəblilər üçün açıq havada tədrisin təşkil olunmasıdır. Şagirdlər burada kənd təsərrüfatı proseslərini əyani şəkildə izləyə, təcrübədə öyrənə bilirlər.
Park qonaqlara daimi olaraq onlarla meyvə və tərəvəz çeşidi təqdim edir və bütün məhsullar yerində yetişdirilən təbii, orqanik məhsullardır.
Cavid Zahidoğlu