Modern.az

Mehdiyevin varislik planı: General oğlunu Patruşevlə tez-tez görüşdürürmüş

Mehdiyevin varislik planı: General oğlunu Patruşevlə tez-tez görüşdürürmüş

Aktual

2 Dekabr 2025, 13:42

Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub.

Modern.az-ın məlumatına görə, son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu general-mayor Teymur Mehdiyev də iştirak edib. İlk baxışda adi müşayiət kimi görünən bu detal əslində post-sovet siyasi anatomiyasında təsadüfi sayılmır.

Ramiz Mehdiyevin varislik planı: General oğlunu Patruşevlə tez-tez görüşdürürmüş

Post-sovet məkanında yüksəkvəzifəli şəxslər üçün ailə üzvlərini mühüm görüşlərə aparmaq yalnız sosial jest deyil, həm də siyasi mesajdır. İlk növbədə Ramiz Mehdiyev varislik ideyası ilə çıxış edir. İkincisi, hesab edir ki, bu, ailənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm məsələdir.

Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. Şəklin və əldə olunan digər məlumatların analizi onu deməyə əsas verir ki, oğlu Teymur Mehdiyevin bu görüşlərdə iştirakını təmin etməklə Ənvəroviç Rusiyanın güc mərkəzlərinə şəxsi loyallığın nümayiş etdirib.

Bu kontekstdə Teymur Mehdiyevin yüksəksəviyyəli görüşlərdə Ramiz Mehdiyevin yanında görünməsi təsadüfi deyil və daha geniş siyasi məqsədlərin fraqmenti kimi oxuna bilər. Görüntülərin ən kritik tərəfi Teymur Mehdiyevin diplomatik masada, yüksəksəviyyəli nümayəndələrlə, o cümlədən Rusiya Təhlükəsizlik Şurasının ovaxtkı katibi Nikolay Patruşevlə eyni sırada əyləşməsidir. Ramiz Mehdiyev çox yaxşı bilir ki, bu əlaqələrlə yavaş-yavaş Teymur Mehdiyevi diplomatik mühitə alışdırır, Rusiya elitası tərəfindən tanınmasına müvəffəq olur, müxtəlif təsir mərkəzləri ilə əlaqələrinin şəxsən qurulmasına zəmin yaradır. Bu praktika Qazaxıstan, Rusiya, Tacikistan, Belarus kimi ölkələrin siyasi mədəniyyətində geniş yayılıb.

Ənvəroviçə gün kimi aydındır ki, Rusiyanın siyasi sistemi şəxsi əlaqələrə yüksək dəyər verir. Və bu dəyərin müqabilində belə bir hesablama aparılır ki, Ramiz Mehdiyevin siyasi xətti ailə daxilində davam edəcək. Eləcə də Moskva anlayacaq ki, Kremllə olan münasibət uzunmüddətlidir. Bu, potensial varislik layihəsinin Moskva tərəfindən legitimləşdirilməsi yönündə incə addım ola bilərdi. Mehdiyev Patruşev vasitəsilə ailəsinin toxunulmazlıq strategiyasına da sadiq idi. Rusiya çətiri onun üçün bir "sığorta" olub.

Ramiz Mehdiyevin varislik planı: General oğlunu Patruşevlə tez-tez görüşdürürmüş

R.Mehdiyev Kremlin kluarlarında eşidir ki, siyasi dəyişikliklərin sürətlə və sərt şəkildə baş verdiyi regionlarda elitalar üçün ən kritik məsələ ailənin hüquqi və fiziki təhlükəsizliyidir. Ramiz Mehdiyevin addımları bu kontekstdə iki ehtimalı gücləndirir. Bunlardan birincisi, ailənin gələcək siyasi təzyiqlərə qarşı müdafiəsidir. Yüksəkranglı şəxslər tez-tez ailələrini belə "strateji əlaqələrlə" sığortalayırlar. Teymur Mehdiyevin Rusiya rəsmilərinin masasında oturması bu mesajı da ötürürdü ki, bu ailəyə toxunmaq Moskva ilə münasibətləri dolaşdıra bilər. Ənvəroviç heç vaxt alternativ siyasi dəstək kanallarından imtina etməyib. Görüşlərin fotolarında Teymur Mehdiyev rəsmi nümayəndə heyətinin üzvü kimi deyil, "xüsusi müşayiət edilən şəxs" kimi görünməsi arqumentlərin bariz təsdiqidir. (Mənbə: konkret.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?