"Azəripək"in məhsuldarlığı iki dəfə artacaq.
Azərbaycan İpək İstehsalı Müəssisəsinin rəhbəri Anar Dadaşov Modern.az-a açıqlamasında bildirib ki, gələn il istehsalın iki dəfə artırılması planlaşdırılır.
Onun sözlərinə görə, bunun üçün istehsal gücü yüksək olan iki yeni dəzgah xəttinin alınması nəzərdə tutulur. Hazırda müəssisədə xammal çatışmazlığı müşahidə olunur:
“İldə 186 ton barama daxil olur, lakin illik tələbat 500 tondur. Yeni dəzgah xəttləri işə düşdükdən sonra potensialımızı illik 1000 tona qədər artırmağı planlaşdırırıq.”
Qeyd edək ki, barama və ipək istehsalında xammal çatışmazlığı sahənin inkişafını məhdudlaşdıran əsas amillərdən biri kimi göstərilirdi. Yeni istehsal xətlərinin alınması həm məhsuldarlığın ikiqat artmasına, həm də daxili tələbatın qarşılanmasına imkan verəcək.
Cavid Zahidoğlu