Modern.az

Novruzla Ramazan eyni günə düşür: 11 gün iş olmayacaq

Novruzla Ramazan eyni günə düşür: 11 gün iş olmayacaq

Aktual

2 Dekabr 2025, 17:42

Gələn il Novruz və Ramazan bayramları üst-üstə düşəcək.

Modern.az xəbər verir ki, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Qərar Nazirlər Kabineti tərəfindən verilib.

21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i həm də Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

Sizə yeni x var
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?