Türkiyənin ev sahibliyi etdiyi "Şərqi Aralıq dənizi-2025" Dəvət Təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də paylaşım edib.
Tədbirdə Azərbaycandan dəniz desant heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan dəniz patrul təyyarəsi iştirak edib.
Daha 19 ölkənin hərbi qulluqçuları isə müşahidəçi qismində prosesi izləyib.
Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının təşkilatçılığı ilə keçirilən "Şərqi Aralıq dənizi-2025" (DA-25) Dəvət Təlimi noyabrın 22-də start götürüb. Dekabrın 3-nə qədər davam edəcək təlimin əsas məqsədi iştirakçı qərargahlar və təhkim edilmiş qüvvələr arasında qarşılıqlı fəaliyyətin təmin olunması, bölmələrin hazırlıq səviyyəsinin qiymətləndirilməsi və möhkəmləndirilməsidir.