Modern.az

Bakı ilə Tehran arasında yüksək səviyyəli təmaslar qurulacaq - SƏFİR

Bakı ilə Tehran arasında yüksək səviyyəli təmaslar qurulacaq - SƏFİR

Aktual

3 Dekabr 2025, 10:13

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə iki ölkənin rəsmiləri arasında yüksək səviyyəli səfərlərin yaxın gələcəkdə də davam edəcəyini bildirib.

Modern.az xəbər verir ki, İSNA-ya müsahibəsində Əli Əlizadə ilki İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qarabağda keçirilən sammitindən də bəhs edib.

Səfir xatırladıb ki, İƏT sammiti işğaldan azad edilmiş Qarabağın Xankəndi şəhərində keçirilməsi Azərbaycan üçün mühüm məqamdır.

Ə.Əlizadə bildirib ki, İran Prezidenti Məsud Pezeşkian da iştirak etdiyi sammitin və onun əlavə tədbirlərinin nəticələrinin son dərəcə uğurlu olduğunu və liderlərin iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığı sürətləndirmək üçün göstərişlər verdiyini bildirib.

Əli Əlizadə vurğuladı ki, İƏT üzvü olan Azərbaycan əməkdaşlığı gücləndirməkdə və üzv ölkələr arasında münasibətlərin inkişafı üçün daha çox səy göstərməkdə qərarlıdır.

İqtisadi əməkdaşlığın gələcəyini qiymətləndirərkən səfir İƏT üzvü ölkələri arasında iqtisadi əlaqələrin inkişafına işarə edərək deyib:

"Üzvlər arasında ticarət həcmi hər il artır və mən əminəm ki, iqtisadi və ticari əlaqələr daha da güclənəcək".

İran-Azərbaycan münasibətlərinin "qardaşlıq və dostluq" müstəvisində olduğunu deyən  Əlizadə əlavə edib: "Ümid edirəm ki, hər şey irəliləyəcək. Bildiyiniz kimi, İran Prezidenti artıq Azərbaycana iki uğurlu səfər edib və yaxın gələcəkdə iki tərəf arasında yüksək səviyyəli görüşlər və səfərlər baş tutacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı