Modern.az

Kollegiya daha bir neçə vəkili cəzalandırdı

Kollegiya daha bir neçə vəkili cəzalandırdı

Aktual

3 Dekabr 2025, 14:08

Ddekabrın 3-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, bəzi vəkillərin vəkil kabinetinin yaradılması və digər vəkil qurumlarına keçməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 3 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib. 

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?