Modern.az

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Aktual

3 Dekabr 2025, 15:02

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli noyabrın 29-da da İstanbulda polis bölməsinə aparılıb və ayın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı İstanbulda yaşayan və adının açıqlanmasını istəməyən hüquq müdafiəçisi Axar.az-a məlumat verib.

Onun sözlərinə görə, Arnavutköy deportasiya məntəqəsi olduqca böyük yerdir və deport edilməsi nəzərdə tutulan müxtəlif ölkələrin vətəndaşları ora göndərilirlər.

"Əgər şəxs deport olunmasına etiraz bildirirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Ehtimal ki, Gültəkin Hacıbəyli deport olunmasına etirazını bildirib və bu istiqamətdə hüquqi prosedurlar işə düşüb. Onun vəkilləri 15 gün ərzində Gültəkin Hacıbəylinin niyə deport olunmamasının gərəkdiyini sübut etməlidirlər", - mənbə bildirib.

Qeyd edək ki, G.Hacıbəyli Türkiyəyə sentyabrın 25-də getdiyini, 3 aylıq müddətin dekabrın 25-də tamam olduğunu (Azərbaycan vətəndaşları Türkiyədə vizasız 3 aylıq qalma hüququna malikdir), eyni zamanda, 2 illik müvəqqəti yaşama icazəsini əsas gətirərək, deportasiya olunmasını qanunsuz saymışdı.

Miqrasiya məsələləri üzrə ekspertlər isə bildirirlər ki, Gültəkin Hacıbəyli siyasi sığınacaq üçün müraciət etmədiyindən, onun Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq deportunda qanunsuzluq yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?