Modern.az

Baş Prokurorluqdan müraciət - Məlumatlarınızı tanımadığnız şəxslərə verməyin!

Baş Prokurorluqdan müraciət - Məlumatlarınızı tanımadığnız şəxslərə verməyin!

Aktual

3 Dekabr 2025, 15:34

Baş Prokurorluq vətəndaşların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilməsi ilə bağlı müraciətində vətəndaşların şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməməsi bildirilib.

Modern.az-ın məlumatına görə, müraciətdə Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirildiyi bildirilib.

Qeyd olunub ki, həmin "yalançı sahibkarlıq" subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurub:

"Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?