Şimali Kipr Türk Respublikasının 5-ci prezidenti Ersin Tatar "MediaTürkTv"nin qonağı olub.
Modern.az xəbər verir ki, o, Ümummilli Lider Heydər Əliyevin Qafqaz-Anadolu-Aralıq dəniz xəttinə dair strateji xəbərdarlıqlarını xatırladıb və regiondakı son geosiyası inkişafların əhəmiyyətinə diqqət çəkib.
Ersin Tatar Heydər Əliyevin "Qafqaz-Anadolu-Aralıq dənizi xəttini, Ceyhandan Hatay körfəzinə və Kipr burnuna qədər diqqətlə izləyin" fikrini xatırladıb:
"Ulu Öndər Heydər Əliyevin bu xəbərdarlıqları bu gün geosiyasi olaraq daha da dəyərli olub. Bu sözlər sadəcə təsbit deyil, Türk dünyasının gələcəyinə dair uzaqgörən bir baxış bucağıdır".
Ersin Tatar Cənubi Kipr rəhbərliyi ilə Livan arasında dəniz yurisdiksiyası müqaviləsi barədə də danışıb:
"Cənubi Kipr bu gün hər vasitə ilə Türk dünyasının dəniz və quru əlaqələrinə göz dikib. Son illərdəki həmlələr regionun geostrateji əhəmiyyətini artırıb. Kipr türk dünyasının Şərqi Aralıq dənizindəki sərhəd qalasıdır. Buna görə də həm Türkiyənin, həm Azərbaycanın, həm də türk dövlətlərinin buradakı hadisələrə həssaslığı böyük əhəmiyyət kəsb edir.
Şimali Kiprin eks-prezidenti baş verən yeniliklər qarşısında türk dünyasının koordinasiyalı hərəkət etməsinin məcburi hal aldığını vurğulayıb:
"Şərqi Aralıq dənizində və Qafqazda aparılan geopolitik mücadilə artıq çox daha sərtdir. Heydər Əliyevin illər əvvəlki xəbərdarlıqları bu gün tamamilə haqlı çıxıb. Bu yanaşmanı əsas götürməliyik".
Serdar Şengül