Modern.az

Daha bir minib-düşmə yeri yaradıldı - FOTO

Daha bir minib-düşmə yeri yaradıldı - FOTO

Aktual

3 Dekabr 2025, 17:21

Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında avtobus zolağında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yer yaradılıb və müvafiq lövhə yerləşdirilib.

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qurum bildirir ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?