Gələn il yanvarın 21-də "Azərşin" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Modern.az xəbər verir ki, iclasda "Azərşin" ASC-nin ləğv edilməsi barədə qərar qəbul ediləcək. Eləcə də Ləğvetmə Komissiyası yaradılacaq.
Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. "Azərşin" 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1.789 milyon manatdır.