Modern.az

Azərbaycan–Türkiyə İqtisadi Forumu biznes üçün yeni imkanlar açır - Tural Mustafayev

Azərbaycan–Türkiyə İqtisadi Forumu biznes üçün yeni imkanlar açır - Tural Mustafayev

Aktual

4 Dekabr 2025, 17:32

"2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu strateji əməkdașlıǧı daha da gücləndirəcək".

Modern.az xəbər verir ki, bu sözləri Marsol Group-un rəhbəri Tural Mustafayev Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirakın şirkətlər üçün önəmini dəyərləndirərək tədbirin iki ölkə arasında işgüzar əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini bildirib.

Tural Mustafayev açıqlamasında forumun Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirdiyini qeyd edib:

"Forum çərçivəsində həm dövlət qurumlarının nümayəndələri, həm də Türkiyənin müxtəlif bölgələrindən gələn iş adamları ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik. Xüsusilə logistika, sərhədyanı ticarət, sənaye, turizm və KOB-ların inkişafı sahəsində yaranan imkanlar biznes dairələri üçün geniş perspektivlər açır".

Mustafayev bildirib ki, Marsol Group forumun işgüzar əlaqələrin dərinləşməsinə, yeni tərəfdaşlıq modellərinin formalaşmasına və regional biznes mühitinin inkişafına mühüm stimul verəcəyinə inanır:

"Forum çərçivəsində təşkil olunan B2B görüşlər əməkdaşlıq potensialını daha aydın nümayiş etdirdi. Biz bu istiqamətdə fəaliyyətimizi genişləndirməyə və ölkəmizin biznes ekosisteminin inkişafına dəstək olmağa davam edəcəyik”.

Həmçinin, Marsol Group rəhbəri Naxçıvanda göstərilən qonaqpərvərliyə və forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib və qarşıdakı dövrdə əməkdaşlıqların daha da məhsuldar olacağına inandığını vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!