Modern.az

YAP-çı baş redaktor Ramiz Mehdiyevə görə İsa Həbibbəyliyə ETİRAZ ETDİ

YAP-çı baş redaktor Ramiz Mehdiyevə görə İsa Həbibbəyliyə ETİRAZ ETDİ

Aktual

5 Dekabr 2025, 10:07

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə onunla bağlı məhkəmə qərarından sonra baxılacaq.

AMEA-nın prezidenti İsa Həbibbəylinin bu açıqlaması hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi qəzeti “Yeni Azərbaycan”ın baş redaktoru Alqşı Musayevin etirazına səbəb olub.

Modern.az-ın məlumatına görə, YAP-çı baş redaktor AMEA-nı məhkəmə qərarını gözləmədən, dərhal müzakirəyə çıxarmağa çağırıb.

“Milli Elmlər Akademiyasının açıqlaması olduqca məntiqsiz və səhv yanaşmadır. Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub-olmamasını heç bir məhkəmə müəyyən etmir.
Ona cinayət işini ELmlər Akademiyası qaldırmayıb ki, nəticəni gözləmək lazım olsun. Adam dövlətə xəyanətdə ittiham olunur. Ona görə də Ramiz Mehdiyevi günü sabah akademiklikdən məhrum etmək olar və lazımdır”, - Alqış Musayev vurğulayıb.

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Sizə yeni x var
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi