Modern.az

Qüdrət Həsənquliyevin müavini Sərdar Cəlaloğolunu AŞAĞILADI

Qüdrət Həsənquliyevin müavini Sərdar Cəlaloğolunu AŞAĞILADI

Aktual

5 Dekabr 2025, 10:32

ADP sədri Sərdar Cəlaloğlunun Əli Kərimlinin vaxtilə müavini olmuş hazırkı deputatlar  Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əli Məsimlinin də istintaqa çağırılmasını tələb etməsi qarşı tərəfi hiddətləndirib.
Ppartiya sədri iddia edib ki, bu deputatlar vaxtilə Əli Kərimli ilə Ramiz Mehdiyev arasında rabitəni təmin edilməsində müəyyən rol oynayıblar.

Modern.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyevin sədri olduğu Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) Sərdar Cəlaloğluna cavab verib.

ƏHD partiyasının sədr müavini Niyaməddin Orduxanlının açıqlamasında ADP sədrini aşağılayan ifadələrə yer verilib:

“...Qüdrət bəy AXCP-də Elçibəyin müşaviri, AXCP Rəyasət Heyətinin üzvü olub, Əli Kərimli ilə yolları 2001-ci ildən ayrılıb. Amma həmin dövrdən sonra Sərdar Cəlaloğlu dəfələrlə Əli Kərimli ilə eyni siyasi blokda təmsil olunub. İctmai-siyasi həyatda şər qüvvə kimi tanınan bu ünsür, pəncərəsinə qaşıq çırpılan tək partiya sədridir! Rəsul Quliyev bu avantürüstün çevriliş palanlarına inanıb Bakıya dönsəydi, indi həbsdə çürüyürdü…”, - Niyaməddin Orduxanlı deyib.

Niyaməddin Orduxanlının açıqlaması sosial şəbəkədə etiraz doğurub və onu Sərdar Cəlaloğlunu təhqir etməkdə qınyıblar.


 

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi