Modern.az

Dəbilqə taxmadan moped sürənlər cərimələnəcək

Dəbilqə taxmadan moped sürənlər cərimələnəcək

Aktual

5 Dekabr 2025, 11:52

Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cərimə ediləcək.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopedi daşımağa görə qırx manat məbləğində cərimə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi