Modern.az

DDLA “Dənizdə xidmət haqqında arayış” formasını təsdiqlədi

DDLA “Dənizdə xidmət haqqında arayış” formasını təsdiqlədi

Aktual

5 Dekabr 2025, 14:25

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçilərin sertifikatlaşdırılması prosesinin daha şəffaf, səmərəli və beynəlxalq tələblərə uyğun təşkil edilməsi istiqamətində növbəti addım atıb.

Modern.az xəbər verir ki, sertifikatlar (diplomlar) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyasının (DHDNÇ) iş stajı, yaş, sağlamlıq vəziyyəti, hazırlıq, ixtisas və imtahanla bağlı tələblərinə uyğun olan namizədlərə verilir. 

DHDNÇ Konvensiyasının dənizçilərin üzmə stajına dair tələblərinin icrasının təmin edilməsi məqsədilə dənizdə xidmət haqqında yeni elektron arayış forması (//ddla.gov.az/inst/instruction12.html) DDLA-nın müvafiq Əmri ilə təsdiqlənib.

Arayış forması 2026-cı ilin 1 yanvar tarixindən etibarən Azərbaycanın bayrağı altında üzən gəmilərin heyət üzvlərinin dənizdə üzmə stajının rəsmiləşdirilməsi və qeydiyyatının aparılması üçün tətbiq olunacaq. Bu məqsədlə təsdiqlənmiş elektron forma sirkulyar məktub vasitəsilə dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərə göndərilib. 

Yeni elektron arayış forması dənizçilərin staj məlumatlarının daha dəqiq, operativ və beynəlxalq standartlara tam uyğun şəkildə rəsmiləşdirilməsini təmin edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi