Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədova daha bir müşavir təyin edilib.
Modern.az-ın məlumatına görə, bu vəzifəyə Araz Bayramzadə gətirilib. 49 yaşlı A.Bayramzadə bir müddət əvvəl bu vəzifəyə təyinat alıb.
O, 2006-2025-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baş məsləhətçi - baş əmək müfəttişi, rəis müavini və rəis vəzifələrində müxtəlif rayonlar üzrə xidmət göstərib, rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, komitə sədrinin digər müşaviri Amil Cavadovdur. (Mənbə Unikal.az)
