Kələğayı istehsalı ilə bağlı hazırda ən böyük çətinlik təbii boyanın əldə olunmasıdır.
Bunu Modern.az-a açıqlamasında Şəkidə, eləcə də Azərbaycanda ilk və özəl kələğayı muzeyinin təsisçisi Sevinc Bayramova deyib.
O qeyd edib ki, təbii rənglə qara kələğayı isehsalı, demək olar ki, mümkün deyil:
“Təbiətdə qara rəng nadir tapıntıdır. Qara rəngli kələğayı istehsal etmək üçün bir neçə rəngdən istifadə etməli oluruq. Təbii qara rəngi yalnız Sarağan ağacının kökündən əldə etmək mümkndür. Əvvəllər istehsalda kütləvi istifadə olunub. İndi bu bitki tükənib. Ağacın hal-hazırda kəsilməsi qadağandır”.
Yeni rəsm nümunələri ilə kələğayı istehsal edən S.Bayramova bildirib ki, istehsala başlamazdan bir il ərzində Şəki və digər regionun bazarlarında olan kələğayılarla yaxından tanış olub. Topladığı coxsaylı örpək kolleksiyası hesabına həm kələğayını Azərbaycanın milli irsi kimi tədqiq edib həm də müasir istehsalda olan qüsurları aşkara çıxarıb.
Cavid Zahidoğlu