Modern.az

Gənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu

Gənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu

Aktual

6 Dekabr 2025, 01:00

"İdrak" Gənclər Mərkəzinin rəhbəri İmran Bənnayev məhkəməyə verilib. 

 

Modern.az xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə borcu olmasıdır.

 

Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. Qurum məhkəmədən İmran Bənnayevin ölkədən çıxışının məhdudlaşdırılmasını xahiş edib.

 

İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərid Hətəmzadənin sədrliyi ilə baxılıb. Hakim qurumun ərizəsini təmin edərək İmran Bənnayevin ölkədən çıxışına "stop” qoyub.

 

Həmin vaxt İmran Bənnayevin dövlət büdcəsinə borcu 15 973, 98 manat olub. Hazırda onun 34 311,14 manat vergi borcu var.

 

"İdrak” Gənclər Mərkəzi 2004-cü ildən fəaliyət göstərir. (Mənbə: qaynarinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi