Modern.az

Bakı və İrəvan mütəmadi olaraq təmasdadır - Hikmət Hacıyev

Bakı və İrəvan mütəmadi olaraq təmasdadır - Hikmət Hacıyev

Aktual

6 Dekabr 2025, 14:43

Ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq.

Modern.az xəbər verir ki, bunu Qətərdə keçirilən “Doha Forumu”nda çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra, tərəflər özlərini komfort zonasında hiss edir.

"Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və buna görə də çox çalışmaq lazımdır”, - Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq təmasdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı