Modern.az

Abşeron Mərkəzi Xəstəxanasında sıxlıq aradan qaldırılacaq

Abşeron Mərkəzi Xəstəxanasında sıxlıq aradan qaldırılacaq

Aktual

8 Dekabr 2025, 09:43

Azərbaycanın ən çox xəstə qəbul edən klinikalarından biri olan Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbə sıxlığını aradan qaldırmaq üçün tədbirlər planı davam etdirilir.

TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamira Ədilova Modern.az-a bildirib ki, pilot layihələr sınaqdan keçirilir. 

"Hövsanda yerləşən Ailə Sağlamlıq Mərkəzində xəstələr şəxsiyyət vəsiqəsi ilə növbə götürürlər.

Layihə uğurlu olarsa, TƏBİB-in tabelində olan bütün müəssisələrə eyni tətbiqi düşünülür.

Abşeron Xəstəxanasında sıxlığın aradan qaldırılması istiqamətində bəzi addımlar artıq atılıb və müsbət nəticəsi görünür. 

"Ana və uşaq" bölməsi yaradılıb ki, bu da kateqoriyanın müstəqil xətt üzrə xidmətə cəlb olunmasıdır. Həmçinin "Həkimdən həkimə" üsulu ilə xəstə təkrar növbə götürmür. Qəbulunda olduğu həkim vətəndaşı birbaşa digər həkimə yönəldir.

Abşeron rayonunun tabelində olan kəndlərdə tibb müəssisələrinin tikinti-təmir işləri aparılır. Bu, Mərkəzi Klinikaya müracitələrin sayını stabilləşdirəcək. 

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi