Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-sən Modern.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.