İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də icbari tibbi sığorta hesabına icra olunan əməliyyatlardan danışıb.
Onun sözlərinə görə 2025-ci ilin ilk 11 ayında dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat və prosedur icra olunub.
Modern.az-ın məlumatına görə, Aynurə Əhmədova bildirib ki, dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar əsasən uroloji, təbii doğuş və qeysəriyyə kəsiyi əməliyyatları olub.
Əməliyyatların aparıldığı aparıcı tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanası yer alır.