Modern.az

İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR

İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR

Aktual

8 Dekabr 2025, 12:40

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ