Modern.az

Yanğında həlak olan ailə Gədəbəydə dəfn edilib

Yanğında həlak olan ailə Gədəbəydə dəfn edilib

Aktual

8 Dekabr 2025, 12:48

Dekabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində binanın 9-cu mərtəbəsində yaşayan Əkrəm Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova, onların övladları 9 yaşlı Yusif Yusifov və 6 yaşlı Məryəm Yusifova, eləcə də həmin mərtəbədəki digər mənzildə yaşayan 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Modern.az xəbər verir ki, yanğında həyat yoldaşı və iki övladını itirən Əkrəm Yusifov ailəsinin məzarından paylaşım edib.

O, “TikTok” hesabında yayımladığı videoya belə şərh yazıb: “Üç balam getdi… Bu dərdə necə dözüm? Belimi qırdınız. Məni niyə atdınız?”

Qeyd edək ki, Əkrəm Yusifovun Füzuli rayonunun Rəfədinli kəndindən, həyat yoldaşı isə Gədəbəy rayonundandır.

Ailə üzvlərinin hər üçü Gədəbəydə torpağa tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ