Modern.az

Gəncə Dövlət Universitetində elmi konfrans keçirilib

Gəncə Dövlət Universitetində elmi konfrans keçirilib

Aktual

8 Dekabr 2025, 14:48

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Xarici dillərin tədrisində və tərcüməsində müasir yanaşmalar və innovativ perspektivlər” mövzusunda tələbə elmi konfrans keçirilib.

Modern.az xəbər verir ki, rəsmi açılış mərasimində Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək bildirib ki, konfrans universitetdə tələbələrin elmi araşdırmalara cəlb olunmasını təşviq etmək, müasir yanaşmaların tədris prosesinə inteqrasiyasını dəstəkləmək və gənc tədqiqatçılar üçün müzakirə platforması yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Elmi konfransda universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Xarici dillər fakültəsnin dekanı Əjdər Ələsgərov, GDU Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova çıxış edərək tədris, elm, innovasiya və tələbə fəaliyyətinin qarşılıqlı inteqrasiyası, yeni tədris mühitlərinin formalaşdırılması, eləcə də tərcümə sahəsində qlobal çağırışlara adaptasiya kimi məsələlərdən danışıblar.

Süni intellektin dil öyrənmə və tərcümə proseslərinə təsiri, tərcümə sahəsində bədii mətnlərin tərcümə problemləri, tədrisin fərdiləşdirilməsi və rəqəmsal analitika kimi mövzular müzakirə olunub.

Rəsmi hissədən sonra məqalə müəllifləri öz tədqiqat işlərini təqdim ediblər, münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yaxşı dörd iştirakçı mükafatlandırılıb,  eləcə də konfransa məqalə təqdim edən 26 tələbəyə  sertifikatlar təqdim olunub.

 

Sizə yeni x var
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK