Modern.az

Azərbaycan Slovakiya ilə dostdur

Azərbaycan Slovakiya ilə dostdur

Aktual

8 Dekabr 2025, 19:18

"Səfər zamanı apardığımız danışıqlar Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır".

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.

 

Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. O sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK