Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik.
Modern.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlar zamanı deyib.
O qeyd edib ki, bu sahə Slovakiyada çox inkişaf edib:
"Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik.
Mən şadam ki, bizim Baş nazirin müavini və müdafiə naziri cənab Kalinakın səfəri zamanı da Azərbaycan tərəfi avtomatik artilleriya sistemlərinin alışı ilə maraqlanıb və artıq niyyətini bildirib. Əminəm ki, bu silah növləri də Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcəkdir.
Birgə müəssisələr, birgə şirkətlər, texnologiya ötürülməsi, yəni, biz bu sahədə daha da sıx çalışmaq əzmindəyik və əlbəttə ki, digər sahələr də ola bilər. Bildiyiniz kimi, slovak şirkəti Qarabağ bölgəsində “ağıllı kənd” inşa edir. Eyni zamanda, bizim ixrac-idxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır".