Modern.az

Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş

Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş

Aktual

9 Dekabr 2025, 09:50

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.

Modern.az xəbər verir ki, bu barədə “qafqazinfo” məlumat yayıb.

Məlumata görə, Nicat Agentlikdə məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filalogiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək