Modern.az

Azərbaycanla Slovakiya bu silahları birgə İSTEHSAL EDƏCƏK

Azərbaycanla Slovakiya bu silahları birgə İSTEHSAL EDƏCƏK

Aktual

9 Dekabr 2025, 14:22

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfər edib. Dövlət başçısı həmkarı Peter Pelleqrini ilə görüşüb.

Pelliqrini Azərbaycana yalnız silah satmaq niyyətində olmadıqlarını birgə istehsalla üçüncü ölkələrə silah ixrac etməyin mümkün olduğunu vurğulayıb.

Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanla Slovekiya arasında birgə silah istehsalı barədə qərar qəbul edilib:

“Azərbaycanla Slovakiya arasında bir çox sahələrdə, o cümlədən hərbi, texniki və müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla davam edir. Biz daha əvvəl də ölkə başçılarının görüşündə birgə istehsal barədə anonsları eşitmişik. Görünür, bu dəfə birgə silah istehsalı barədə qərar qəbul edilib. Böyük ehtimalla Azərbaycan hazırda dünya silah bazarında zərurət duyulan NATO kalibrli artileriya sursatlarının birgə istehsalına dair müqavilələr imzalayıb. İstehsal olunan məhsulların bir hissəsi Azərbaycanın öz ehtiyatlarının ödənilməsi, digər bir hissəsi isə təbii ki, ixrac üçün nəzərdə tutulur. Artilleriya silahları, xüsusilə Ukrayna ilə Rusiya arasındakı müharibədə kifayət qədər intensiv şəkildə istifadə olundu. Bir çox uzaqmənzilli özüyeriyən artilleriya vasitələrinin nümunələri öz resurslarını başa vurublar. Hazırda silah bazarında sursatla yanaşı artilleriya qurğularının atəş vasitələrinin lülələrinə də ehtiyac yaranıb. Slovakiyanın bu sahədə də geniş prespektivləri var”.

Ekspert vurğulayıb ki,  Azərbaycan proyektin maliyyə hissəsini təmin edəcək:

“Slovakiya isə texnologiya transferini həyata keçirəcək. İstehsal sahəsi Azərbaycanda qurulacaq. Bu da həm yerli kadrların yetişdirilməsində, həm də Azərbaycan Silahlı qüvvələrinin potensialının möhkəmləndirilməsinə, sursat ehtiyyatlarının genişləndirilməsinə müsbət təsir göstərəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək