Modern.az

Almaniya Azərbaycana rəğbət bəsləyir

Almaniya Azərbaycana rəğbət bəsləyir

Aktual

9 Dekabr 2025, 12:52

Dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətlərində sülhə gedən yol təqdir edilib. Almaniya-Azərbaycan münasibətlərinin artan xətt planı da nəzərdən keçirilib.

Telefon danışığından sonra Ermənistan Baş naziri Nikol Paşinyanın Berlinə səfəri barədə rəsmi xəbər yayılıb.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Cənubi Qafqazdakı sülh razılaşmalarından sonra Avropanın, xüsusilə, Almaniyanın Azərbaycana rəğbəti açıq tendensiyadır:

“Azərbaycan və Ermənistan arasında razılaşmalar, xüsusilə, 8 avgust bəyannaməsi Azərbaycanın Avropa dövlətləri ilə də münasibətlərinin intensivləşməsinə səbəb olub:

"Xüsusilə, Avropanın iqtisadi lokomativi rolunu oynayan Almaniya ilə münasibətlərin sıxlaşması müşahidə olunur.

Dekabrın 4-də iki ölkə Prezidentləri arasında aparılan telefon danışıqları buna sübutdur.

Dialoq zamanı, Kansler vurğulayıb ki , son dövrlər Azərbaycan-Ermənistan münasibətlərində yaranan müsbət dəyişiklikdən məmnundur. Regionda gedən prosesləri dəstəkləyir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi regionda sülhün layihəsini verib. Dinc münasibətlərin baza prinsiplərini  müəyyən edib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək