Dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətlərində sülhə gedən yol təqdir edilib. Almaniya-Azərbaycan münasibətlərinin artan xətt planı da nəzərdən keçirilib.
Telefon danışığından sonra Ermənistan Baş naziri Nikol Paşinyanın Berlinə səfəri barədə rəsmi xəbər yayılıb.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Cənubi Qafqazdakı sülh razılaşmalarından sonra Avropanın, xüsusilə, Almaniyanın Azərbaycana rəğbəti açıq tendensiyadır:
“Azərbaycan və Ermənistan arasında razılaşmalar, xüsusilə, 8 avgust bəyannaməsi Azərbaycanın Avropa dövlətləri ilə də münasibətlərinin intensivləşməsinə səbəb olub:
"Xüsusilə, Avropanın iqtisadi lokomativi rolunu oynayan Almaniya ilə münasibətlərin sıxlaşması müşahidə olunur.
Dekabrın 4-də iki ölkə Prezidentləri arasında aparılan telefon danışıqları buna sübutdur.
Dialoq zamanı, Kansler vurğulayıb ki , son dövrlər Azərbaycan-Ermənistan münasibətlərində yaranan müsbət dəyişiklikdən məmnundur. Regionda gedən prosesləri dəstəkləyir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi regionda sülhün layihəsini verib. Dinc münasibətlərin baza prinsiplərini müəyyən edib".