Modern.az

Gəncə Dövlət Universiteti mükafata layiq görüldü - FOTO

Gəncə Dövlət Universiteti mükafata layiq görüldü - FOTO

Aktual

9 Dekabr 2025, 13:12

Gəncə Dövlət Universiteti Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb. Mükafatın təqdim olunması məqsədilə ATGTİ-nin sədri Rəşad Zeynalov və nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub və rektor Yusif Yusibovla görüşüb.

Modern.az xəbər verir ki, rektor Yusif Yusibov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, Tələbə Gənclər Təşkilatı İttifaqı tərəfindən gənclərin inkişafı istiqaməti üzrə təşkil edilən səmərəli layihələrin əhəmiyyətini qeyd edib. GDU Tələbə Gənclər Təşkilatının fəaliyyətindən bəhs edən rektor universitetin respublika və ölkəmizdən kənarda əldə etdiyi uğurlarından danışıb, hər zaman tələbələrə dəstək göstərəcəyini vurğulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Rəşad Zeynalov Gəncə Dövlət Universitetinin tələbələrinin  ölkəmizin  ictimai – siyasi həyatında fəal iştirak etdiyini və önəmli rol oynadığını xüsusilə diqqətə çatdırıb. GDU-da tələbələrə və Tələbə Gənclər Təşkilatına dəstək olduğuna görə universitetin rektoru Yusif Yusibova dərin təşəkkürünü bildirib.

Yaxın zamanlarda Tələbə Gənclər Təşkilatı İttifaqı (ATGTİ) ilə Gəncə Dövlət Universiteti arasında tələblərin inkişafı istiqaməti üzrə uğurlu layihələrin həyata keçirilməsi müzakirə olunub,  bəzi təkliflər irəli sürülüb.

Sonda GDU-nun rektoru Yusif Yusibova ATGTİ-nin tərkibində olan Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi misilsiz töhfəyə görə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı