Modern.az

Gəncədə şagirdlərin zəhərləndiyi dönərxana bağlandı

Gəncədə şagirdlərin zəhərləndiyi dönərxana bağlandı

Aktual

10 Dekabr 2025, 13:30

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-a verilən məlumata görə, Gəncədə baş verən hadisə qurum tərəfindən nəzarətə götürülüb.

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı