Modern.az

Qaçqınkom bu evləri təmir edəcək

“Qaçqınkom” bu evləri təmir edəcək

Aktual

10 Dekabr 2025, 12:40

Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmirinə başlanılır.

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti hazırlıq işlərini yekunlaşdırıb.

Belə ki, qurum təmir işlərini "TD İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 208 min 114 manat olaraq müəyyənləşib. (Mənbə: iqtisadiyyat.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı