Modern.az

Dönərdən zəhərlənən şagirdlərin 8-i evə BURAXILDI

Dönərdən zəhərlənən şagirdlərin 8-i evə BURAXILDI

Aktual

10 Dekabr 2025, 10:06

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, dünən axşam radələrində Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərlənmə iddiası ilə xəstəxanaya hospitalizasiya olunublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı