Modern.az

Nazir ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşdü

Nazir ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşdü

Aktual

10 Dekabr 2025, 10:10

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğu vurğulanıb.

Həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də "TRIPP" layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı