Modern.az

Namizəd Səfərova cinayət işi açıldı

Namizəd Səfərova cinayət işi açıldı

Aktual

10 Dekabr 2025, 11:12

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul almış, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

Qeyd olunan dələduzluq faktı ilə bağlı cinayət işi başlanmış və N. Səfərov şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. (Mənbə APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı