Modern.az

Bakı-Ağstafa qatarına əlavə reyslər açıldı

Bakı-Ağstafa qatarına əlavə reyslər açıldı

Aktual

10 Dekabr 2025, 12:15

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Modern.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı