Modern.az

Azərbaycan cəmiyyətində nəsil travması - Nə vaxt bitəcək?

Azərbaycan cəmiyyətində nəsil travması - Nə vaxt bitəcək?

Aktual

10 Dekabr 2025, 14:24

Emosionalılığın və davranışın anoloji təkrarlanaması – nəsil travması Azərbaycan cəmiyyətində kəskin müşahidə edilən psixoloji problemdir.

Bu sözləri Modern.az – a psixoloq Şamil Fətəliyev deyib.

O qeyd edib ki, Azərbaycan cəmiyyətində nəsildən-nəsilə ötürülən, hələ davam edən travmaların aydın səbəbi var:

“Azərbaycan xalqı erməni hücumuna məruz qalıb, XX əsrdə dəfələrlə soyqırım və deportasiyanın şahidi olub, iki böyük Rusiya imperiyasının diktatura rejimində yaşamağa məhkum olub.

Bütün bunlar 1980-cı illərdə dünyaya gələn nəsildə daha çox büruzə verilir. Çünki onlar həm özləri faciələri uşaq ikən gördülər, həm də əvvəlki nəsillərin qorxularını bədənlərində daşımalı oldular. Həyəcan pozuntusu ucbatından bu nəsildə özünə inamın zəifliyi, valideynin ölümünü dəhşət kimi qavrama, evlənmək qorxusu, dolanışıq üçün təlaş, ümumiyyətlə, gələcəyi qaranlıq görmək  kimi hallar müşahidə edilir.

Sonrakı nəsillərdə isə əlamət tədricən az müşahidə olunur. Rəqəmsallıq, süni intellektlə tələbatın ödənilməsi “zumer” nəslini təşviş pozuntusundan qoruyan faktorlardır. Onların yeganə baryeri koronavirus pandemiyası oldu.

Psixoloji faciənin tam aradan qalxması üçün 6-7 nəsilin ötməsi lazımdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -