Modern.az

Xəzərdə itkin düşən iki gənclə bağlı YENİ FAKTLAR

Xəzərdə itkin düşən iki gənclə bağlı YENİ FAKTLAR

Aktual

10 Dekabr 2025, 16:05

Xəzər dənizində 2 balıqçı itkin düşüb. FHN əməkdaşları itkin düşən şəxslərin axtarışlarına cəlb edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənov Astara rayonun Şahağac kənd sakinləridir. Onların qohum olduğu bildirilir.

Məlumata görə, itkin düşən şəxslər ötən günün ikinci yarısında mühərrikli qayıqla dənizə yola düşüblər. Axşama qədər onlarla əlaqə saxlamaq mümkün olub, lakin səhərə yaxın geri qayıtmalı olduqları vaxtda dönməyiblər. Saat 09:00-dan etibarən itkin düşən balıqçıların axtarışına başlanılıb.

Məlumata görə, hər iki şəxs tez-tez balıq tutmaq üçün sahilə gedirmiş.

Hazırda hər iki şəxsin axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -