Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
"Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilib.
Cəmiyyətin nizamnamə kapitalı 1 milyard 180 milyon 929 min 648 manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 manat olan 1 milyard 180 milyon 929 min 648 ədəd adi səhmdən ibarətdir.