İstanbul Baş Prokurorluğu tərəfindən keçirilən narkotik əməliyyatı nəticəsində aralarında Habertürk TV-nin baş redaktoru Mehmet Akif Ersoy da olmaqla dörd nəfər saxlanılıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluqda istintaqı tamamlanan və həbs tələbi ilə Sülh Məhkəməsinə sövq edilən Mehmet Akif Ersoy və digər şəxslər haqqında həbs qərarı çıxarılıb.