“İlk növbədə pasiyent məmnunluğunun artırılması prioritet hədəfimizdir. Bunun üçün də Xəzər Tibb Mərkəzində yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlamışıq və ümid edirik ki, qısa müddət kəsimində bu xidmətləri də tam hazır vəziyyətə gətirib vətəndaşlarımızın ixtiyarına verəcəyik”.
Modern.az xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda Mərkəzin direktoru Mübariz Ağayev deyib.
“Bütün bunlarla yanaşı, Xəzər Tibb Mərkəzində KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması bizim əsas hədəflərimiz sırasındadır”.