Modern.az

Xəzər Tibb Mərkəzində fizioloji doğuş sayı artıb

Xəzər Tibb Mərkəzində fizioloji doğuş sayı artıb

Aktual

11 Dekabr 2025, 12:23

Xəzər Tibb Mərkəzində 6 ay əvvəl qədər doğuş proseslərinin 70%-ə qədəri qeysəriyyə əməliyyatı ilə nəticələnirdi.

Modern.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev bildirib.

O qeyd edib ki, indi təbii doğuşun payıb 70%-dir:

"Bu müəssisə doğuş əməliyyatı üçün birinci dərəcə təyinatındadır. Ona görə hamilə qadınların qəbul sayı azdır. Amma təcili müraciətlərin hər biri qəbul edilir".

M.Ağayev deyib edib ki, xəstəxanada yeni müalicə-müayinə və cərrahiyə şöbələri də açılacaq: "Bura dializ xidmətinin təşkili, travma mərkəzinin qurulması, KT ve MRT müayineleri, endoprotezləşmə əməliyyatı, Lor əməliyyatları, kaparoskopik cerrahiyyə, fakoemulsifikasiya (FAKO) reallaşdırılacaq".

Qeyd edək ki, tibb ocağının əsası 1983-cü ildə qoyulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?